Baş məşqçi istefa verdi

Baş məşqçi istefa verdi
18:12 23 Noyabr 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Yeni Zelandiya millisinin baş məşqçisi Entoni Hadson istefa verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 36 yaşlı mütəxəsis komandanı 2018-ci il dünya çempionatına çıxara bilmədiyinə görə postunu tərk edib. Yeni Zelandiya pley-off oyunlarında Peru ilə bacarmamışdı.

"Dünya çempionatının seçmə mərhələsində məqsədə çata bilmədik. Deməliyəm ki, futbolçular və personalla hədsiz dərəcədə fəxr edirəm. Onlar möhtəşəm idi. Onlar birlik göstərdi, qürurla və cəsarətlə oynadılar. Komandanın bu illər ərzində göstərdiyi səylər alqışa layiqdir. Yeni Zelandiyanın dünya arenasında uğur qazana biləcək komandası var" - Hadson qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/601951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR