Əfqanıstan rəsmiləri Bakıya gəlir

Əfqanıstan rəsmiləri Bakıya gəlir
19:31 7 Aprel 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 8-10-da Əfqanıstanın dağ-mədən və neft sənayesi naziri Daud Şah Saba və Əfqanıstan Prezidentinin MDB dövlətləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Şaker Karqarın Bakıya səfəri gözlənilir.

ANS PRESS xəbər verir ki, bu barədə Trend-ə Əfqanıstanın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Səfərin Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dəvəti ilə baş tutacağı qeyd olunur.

Səfər zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq, həmçinin Əfqanıstanın rəsmi şəxsləri Azərbaycanın rəhbərliyi ilə görüşlər keçirəcəklər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=336410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR