Millimiz Los Ancelesdə belə qarşılandı (VİDEO, FOTO)

Millimiz Los Ancelesdə belə qarşılandı (VİDEO, FOTO)
19:31 7 Aprel 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək. ANS PRESS-in məlumatına görə, yarışda iştirak edəcək yığma komandamızın üzvləri artıq ABŞ-dadır.

Los Anceles hava limanında yığmamızın üzvlərini orada yaşayan həmyerlilərimiz və Konsulluğun rəsmiləri qarşılayıb. İdmançılarımız onlar üçün ayrılmış oteldə yerləşdikdən sonra gündə 2 dəfədən ibarət olmaqla məşqlərini davam etdirir.

Yığma komandanın böyük məşqçisi Firdovsi Umudov güləşçilərin əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib:

"Yarış gününə qədər məşqlərimizi burada davam etdiririk. İdmançıların iqlim şəraitinə və vaxt rejiminə uyğunlaşa bilməsi üçün bir neçə gün əvvəl gəldik. Federasiyamız tərəfindən burada hazırlığımız üçün lazımi bütün işlər görülüb. Komandamız hazır vəziyyətdədir. Çalışacağıq ki, layiqli nəticə qazanaq və xalqımızı sevindirək".



























Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=336466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR