Minskdə bədii gimnastika üzrə Avropa çempionatında 38 ölkədən komandalar iştirak edəcək

Minskdə bədii gimnastika üzrə Avropa çempionatında 38 ölkədən komandalar iştirak edəcək
19:33 7 Aprel 2015
57 İdman
Ölkə mətbuatı
A- A+


Minsk, 7 aprel, AZƏRTAC
Mayın 1-3-də çoxprofilli “Minsk-Arena” idman və mədəniyyət kompleksində bədii gimnastika üzrə XXXI Avropa çempionatı keçiriləcək. Çempionatda 38 komanda iştirak edəcək. AZƏRTAC Belarus Teleqraf Agentliyinə (BELTA) istinadla xəbər verir ki, bu barədə Belarusun idman və turizm naziri Aleksandr Dubrovski BELTA-nın mətbuat mərkəzində keçirilən mətbuat konfransında məlumat verib.
A.Dubrovski deyib: “Avropa çempionatı may bayramı günlərində əsl hadisəyə çevrilməyi vəd edir. Minskə 600-dən çox idmançı gələcəyi gözlənilir. 38 ölkədən ( o cümlədən Azərbaycandan - AZƏRTAC) sifariş veriblər. Turnirin təşkilat komitəsi artıq ciddi iş görüb və ümidvarıq ki, Minsk çempionatı ən yaxşı çempionatlardan biri olacaq”.
Avropa çempionatının təşkilatçıları Belarus Gimnastika Assosiasiyası, İdman və Turizm Nazirliyi, Minsk Şəhər İcraiyyə Komitəsi və Prezidentin İdman Klubudur.
Belarus paytaxtı bədii gimnastika üzrə Avropa çempionatını ikinci dəfə qəbul edəcək.
Xatırladaq ki, “Minsk-Arena”da qitə birinciliyi ilk dəfə 2011-ci ildə keçirilib.

Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Minskde_bedii_gimnastika_uzre_Avropa_chempionatinda_38_olkeden_komandalar_istirak_edecek-844376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR