"Ac gözünüz indi doydumu?" FOTO

"Ac gözünüz indi doydumu?" FOTO
19:12 23 Noyabr 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Bavariya" klubunun azarkeşləri Çempionlar Liqasında "Anderlext"lə səfər matçının biletlərinin baha olmasına etiraz ediblər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, alman azarkeşlər etirazlarını oyun zamanı stadionda açdıqları pankartla bildiriblər. Bundan başqa, azarkeşlər oyunun gedişində qazona pul və cüzdanlar atıblar.

Qiyməti 100 avro olan biletlərə etiraz edənlər açdıqları pankartda "Ac gözünüz indi doydumu? 100 avro..." ifadəsinə yer veriblər.

"Bavariya" "Anderlext"lə Belçikada keçirilən oyunda 2:1 hesablı qələbə qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/601948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR