Dünyada bərpa olunan enerji mənbələrinə yatırılan investisiyaların həcmi artır

Dünyada bərpa olunan enerji mənbələrinə yatırılan investisiyaların həcmi artır
19:33 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
2014-cü ildə bərpa olunan enerji mənbələrinə yatırılan investisiyaların həcmi 17 faiz artaraq 270 milyard dollar təşkil edib. Bütün maliyyə yatırımlarının çoxu günəş və külək energetikası müəssisələrinə cəlb olunub.
AZƏRTAC BMT Radiosuna istinadla xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekspertləri bərpa olunan enerji mənbələrinə investisiyalar yatırılması sahəsində qlobal meyillər haqqında yeni məruzədə yazıblar.
İnvestisiyaların artmasına, əsasən, Çində və Yaponiyada günəş energetikası müəssisələrinin sürətlə inkişaf etməsi, habelə bərpa olunan texnologiyalara qiymətlərin düşməsi səbəb olub.
Ekspertlərin məlumatına görə, investisiyalar yatırılan müəssisələr təqribən 103 giqavat enerji hasil edir ki, bu da ABŞ ərazisində 158 atom reaktorunun hamısının gücünə bərabərdir.
Qeyd edək ki, son illər Azərbaycanda alternativ enerji mənbələri çox inkişaf edib. Məsələn, ölkədə alternativ energetikanın inkişafı çərçivəsində 2020-ci ilə qədər olan dövrdə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına dair Dövlət Strategiyası işlənib hazırlanıb.
Azərbaycanda alternativ energetikanın inkişafı üçün böyük potensial var. Məsələn, ölkədə külək energetikasının potensialı 4,5 min meqavat, biokütlənin potensialı 1,5 min, geotermal və geotermik enerjinin 800 meqavat, kiçik elektrik stansiyalarınkı 350 meqavat təşkil edir. 2020-ci il üçün Azərbaycanda ümumi istehlakın həcmində alternativ enerji mənbələrinin payını 20 faizə çatdırmaq nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunyada_berpa_olunan_enerji_menbelerine_yatirilan_investisiyalarin_hecmi_artir-844374

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR