Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən dəmiryol lokomotivləri, mühərrikli tramvay vaqonları, dəmiryol nəqliyyat vasitələri və onların hissələri, dəmiryol və tramvay xətləri üçün yol avadanlığı və qurğuları, onların hissələri, o cümlədən bütün növ mexaniki siqnal avadanlıqlarına idxal gömrük rüsumları tətbiq edilməyəcək.
Publika.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər
Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici
iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının
dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə əksini
tapıb.
Hazırda bu mallara gömrük dəyərlərinin 0,50 faizi həcmində idxal
gömrük rüsumu tətbiq edilir.