Baş nazir Tiflisdəki əməliyyat barədə

Gürcüstanın baş naziri Georgiy Kvirikaşvili paytaxt Tiflisdə keçirilmiş antiterror əməliyyatı barədə növbəti dəfə açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, o bildirib ki, ərazidə terrorçuların olmasını kəşfiyyat araşdırmaları sayəsində öyrənmək mümkün olub. Terrorçulara təslim olmaq barədə çağırış edilib. Lakin onlar silahlı müqavimətə üstünlük verib. Hökumət başçısı terrorçuların milliyyəti barədə açıqlama verməyib:

“Biz onların vətəndaşlığını qabartmamalıyıq. Fakt budur ki, onlar təslim olsaydı, nəticə başqa cür olardı. Xüsusitəyinatylar legitim davranıb”.

Qeyd edək ki, əməliyyatlar zamanı 3 terrorçu öldürülüb, 1-i sağ ələ keçirilib. Qarşı tərəfdən isə 1 təhlükəsizlik əməkdaşı həak olub, daha 3-ü yaralanıb

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR