Avropa İttifaqının xüsusi nümayəndəsi: “Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “seçkilər”dən xəbərdarıq”

19:37 7 Aprel 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 19:30 ]

Bakı. Məlahət Nəcəfova - APA. “Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “seçkilər”dən xəbərdarıq. Prosesi diqqətlə izləyirik”.

Bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber APA-ya açıqlamasında deyib.

 

Bu “seçkiləri”in hüquqi əsasının olmadığını deyən H. Salber qeyd edib ki, Avropa İttifaqı 2010 və  2012-ci illərdə analoji vəziyyətlərdə öz mövqeyini ifadə edib: “2010-cu il bəyanatında Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımadığını bildirib. Bəyanatda bu cür “seçkilərin” keçirilməsinin Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə zərər vurmamasının vacibliyi qeyd edilib”.

 

H. Salber 2012-ci il iyulun 19-da da Avropa İttifaqının Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri”ni tanımadığını bildirib.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378771

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR