ADGTT-dan Yeni ilin ən maraqlı tamaşası...

ADGTT-dan Yeni ilin ən maraqlı tamaşası...
20:27 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Hər il olduğu kimi bu dəfə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı öz azyaşlı tamaşaçılarını və məktəbli dostlarını əyləncəli, surprizlərlə dolu maraqlı yeni il tamaşası ilə qarşılayacaq.

Kollektiv hər il olduğu kimi ,bu il də ənənəsinə sadiq qalaraq yeni - 2018-ci ilin tətil günlərində kiçik yaşlı tamaşaçılara maraqlı istirahət təşkil edəcək. Bu dəfə teatr sevimli uşaqların görüşünə Sten Linin "Hörümçək adam " tamaşası ilə gələcək. Yeni il tamaşası rəngarəng geyimləri, musiqisi və səhnə tərtibatı ilə azyaşlı tamaşaçılarımızın yeni il tətilinə əvəzolunmaz hədiyyə olmaqla yanaşı, sürprizlərlə zəngin əyləncəli bayram proqramı kiçik yaşlı tamaşaçılarımızda böyük maraq yaradacaq. Yeni ilin ilk günlərində tamaşaçılar bayram ovqatlarına xüsusi rəng qatan ADGTT-dan yüksək əhval ruhiyyə ilə gedəcəklər. Bundan  başqa hər  il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və qar qızdan maraqlı yeni il hədiyyəsi, bol əyləncəli oyunlar da gözləyir.

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhmzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, səhnə plastikası Ceyhun Dadaşov, musiqi tərtibatı İradə Muradova, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları teatrın istedadlı aktyorlarından Əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcəklər.

Tamaşanın premyerası bu ilin dekabr ayının 29-da saat 12:00, 14:00, 16:00- da baş tutacaqdır. Yeni il proqramı 29 dekabr-7 yanvar tarixlərinədək davam edəcəck.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/602066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR