UEFA prezidenti: "İtaliyada stadionlar köhnəlib"

UEFA prezidenti: "İtaliyada stadionlar köhnəlib"
20:32 23 Noyabr 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

UEFA prezidenti Aleksander Çeferin İtaliya mətbuatına müsahibə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sloveniyalı funksioner ilk öncə "Financial fair play" qısqacında olan "Milan"ın cəzalandırılması ilə bağlı sualı cavablandırıb.

"Bu məsələ araşdırılır, heç nə deyə bilmərəm. Amma "Milan"ın maliyyə durumu məni narahat edir. Dekabrın ortalarında aidiyyatı orqanlar açıqlama verəcək. Hər şey mümkündür. Eyni zamanda klubun Avrokuboklardan kənarlaşdırılması barədə danışmaq hələ tezdir".

Çeferin İtaliya millisinin 2018 mundialından kənarda qalmasına da münasibət bildirib.

"Futbola nəfəs ala bir ölkə üçün bu faciədir. Amma Niderland da bu aqibətlə üzləşdi. Bu, nəyin düz getmədiyini təhlil edib düzəltmək üçün şansdır. İtaliyada infrastrukturla bağlı problemlər var. İnfrastruktur olmadan gənc futbolçuların yetişməsi mümkün deyil. Nəticədə istedadlı futbolçu olmayan komanda qalib gələ bilmir. İtaliyada stadionlar köhnəlib. Təkcə "Juventus", "Atalanta", "Cagliari" və "Sassuolo" bu baxımdan irəli addım atıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/601953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR