Naxçıvan şəhərində yerüstü piyada keçidi istifadəyə verilib

Naxçıvan şəhərində yerüstü piyada keçidi istifadəyə verilib
18:38 7 Aprel 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 7 aprel, AZƏRTAC
“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq Naxçıvan şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, əhalinin rahatlığına xidmət edən müasir infrastruktur yaradılır. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq nəqliyyatın sıx olduğu yerlərdə yeraltı və yerüstü piyada keçidlərinin inşasına da xüsusi diqqət yetirilir, əhalinin təhlükəsiz və rahat hərəkəti təmin edilir.
Aprelin 7-də Naxçıvan şəhərinin “Azərbaycan” küçəsində yeni yerüstü piyada keçidi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov piyada keçidinin açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, yerüstü piyada keçidi Əcəmi Seyrangahı Mədəniyyət və İstirahət Kompleksi ilə Heydər Əliyev Sarayı istiqamətində və əksinə piyadaların təhlükəsiz hərəkətinə imkan verəcəkdir. Müasir və milli memarlıq üslubunda inşa olunan yerüstü piyada keçidinin ümumi uzunluğu 55, eni 2,6 metrdir. 6 sütun üzərində qurulmuş keçidin yolun hərəkət hissəsindən hündürlüyü isə 4,6 metrdir. Burada müasir işıqlandırma və təbii havalandırma sistemləri quraşdırılıb.
Ali Məclisin Sədri yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində görülən bu işlərin sakinlərin rahatlığına xidmət etməklə yanaşı, həm də Naxçıvan şəhərinin memarlıq quruluşuna xüsusi görkəm bəxş etdiyini bildirib, piyada keçidinin inşasında əməyi olanlara təşəkkür edib, gələcəkdə də şəhərin müəyyən hissələrində piyada keçidlərinin inşa edilməsinin zəruri olduğunu vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_seherinde_yerustu_piyada_kechidi_istifadeye_verilib-844379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR