Təbriz və Ərdəbildə üç məhbus edam edilib

Son bir ay ərzində İranın müxtəlif bölgələri, o cümlədən Azərbaycan vilayətlərinin ən böyük üç şəhəri Təbriz, Urmiyə və Ərdəbildə edam hökmlərinin icrası yenidən artıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, noyabrın 22-də üç məhbus Təbriz Mərkəzi Zindanında dar ağacından asılıb. Onlar qətl ittihamı ilə mühakimə edilmişdilər. Ərdəbil zindanında isə narkotik qaçaqmalçılığı ilə əlaqədar mühakimə edilmiş məhkumun əfv edildiyinə dair xəbərlər yayılıb.

Əfv qərarı Ərdəbil vilayətinin “Əfv Komissiyası” tərəfindən çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR