Ankara Vaşinqtona 7-ci dəfə müraciət etdi -

“Fətullah Gülənin həbs olunması üçün heç bir addımın atılmaması onun qorunması deməkdir”.

Metbuat.az-ın məlumatına görə, Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül Birləşmiş Ştatların ünvanına belə açıqlama ilə çıxış edib. O bildirib ki, Ankara FƏTÖ terror təşkilatı liderinin təhvil verilməsi üçün Vaşinqtona rəsmi qaydada 7 dəfə müraciət edib.

Sonuncu tələb Amerika tərəfinə noyabrın 3-də ünvanlanıb. “Türkiyə beynəlxalq anlaşmalara, həm də ikitərəfli müqavilələrə uyğun olaraq, Gülənin ektradisiyasını tələb etməkdə haqlıdır. Biz bu istiqamətdə addımın atılmamasını cinayətkarın müdafiəsi kimi qəbul edirik”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR