Yəmən: üsyançılar Ədənin dəniz limanını və aeroportu ələ keçiriblər

Yəmən: üsyançılar Ədənin dəniz limanını və aeroportu ələ keçiriblər
18:38 7 Aprel 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
“Ənsar Allah” hərəkatının tərəfdarları olan husi-şiə üsyançıları ilə onların tərəfində döyüşən ordu hissələri aprelin 7-də Ədənin dəniz limanı və beynəlxalq aeroport üzərində nəzarəti tam olaraq ələ keçiriblər.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, üsyançılar Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hava zərbələrinə baxmayaraq, “Əl-Anad” hərbi bazasından ölkənin cənub paytaxtına əlavə qüvvə göndərməyə nail olublar. Məhz bu da toqquşmaların taleyini müəyyən mənada həll edib.
Yerli əhalidən təşkil olunmuş qanuni hakimiyyət tərəfdarlarının - könüllülərdən ibarət xalq müqavimət komitəsi döyüşçülərinin əlində isə Şeyx-Osman rayonundakı dayaq məntəqəsi qalıb. Ötən sutka ərzində Ədən şəhərində gedən döyüşlər zamanı 18 dinc sakinin öldüyü bildirilir.
Bu arada “ərəb koalisiyası” Yəmənin mərkəzi və qərb rayonlarına hava zərbələri endirməkdə davam edir. Zərbələrdən biri İbb şəhərindəki respublika qvardiyasının hərbi bazasına dəyib. Burada, həmçinin qonşu Taiz şəhərinə aparan Əs-Siyani körpüsü dağıdılıb.
Yəmən üsyançılarının Qırmızı dənizdə yerləşən Əl-Hudeyda limanı rayonundakı mövqeləri həm aviasiya, həm də hərbi gəmilər vasitəsi ilə atəşə tutulub. Eyni zamanda, Ədən şəhərindən 150 kilometr şimalda yerləşən “Mkeyras” hərbi bazası da Hərbi Hava Qüvvələrinin hədəfinə çevrilib.
Döyüşlərin şiddətləndiyi bir vaxtda Beynəlxalq Qırmızı Xaç komitəsinə aid humanitar yardım yükü ilə dolu ilk təyyarə Yəmənin paytaxtı Səna şəhərinə enib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yemen_usyanchilar_Adenin_deniz_limanini_ve_aeroportu_ele_kechiribler-844377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR