Şahzadələrə işgəncə verildi -

Noyabrın əvvəllərində Səudiyyə Ərəbistanında korrupsiya əməllərinə görə şübhəli bilinərək həbs edilən şəxslər fiziki təzyiqlərə məruz qalıb.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, həbs olunan kral ailəsinin üzvləri, iş adamları, keçmiş və indiki nazirlərə sorğu-sual zamanı işgəncə verilib. İddia olunur ki, sorğu-sualı Amerika Birləşmiş Ştatlarına məxsus “Akademi” adlı özəl hərbi şirkətin əməkdaşları həyata keçirib.

Şahzadə vəliəhd Mühəmməd bin Salman isə şəxsən sorğu-sualda iştirak edir. Saxlanılan şəxslərin 194 milyard dollarının müsadirə edildiyi də məlumatlarda qer alıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR