Bakıda növbəti dollar panikası

Bakıda növbəti dollar panikası
19:41 7 Aprel 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dolların növbəti dəfə kəskin bahalaşacağı gözlənilir.

Bakı sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Bakıda valyutadəyişmə məntəqələrinin əksəriyyəti bağlanıb.

Valyutadəyişmə məntəqəsində çalışanlar bunun səbəbini sabah dolların bahalaşacağı ilə izah ediblər.

Onların sözlərinə görə, sabah dollar 10 qəpik bahalaşacaq. Yəni 1 dollar 1,15 manat olacaq.

Bu saatlarda Bakıda əhali dolların bahalaşacağı xəbərindən panikaya düşərək əlindəki milli valyutanı dollara dəyişməyə çalışır. Valyutadəyişmə məntəqələrinin bağlanması da panikanı artıran səbəblərdəndir. Müvafiq qurumlar isə hələlik heç bir açıqlama verməyib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=336474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR