Yoxa çıxan sualtı qayıqda oksigen bitdi -

8 gün əvvəl yoxa çıxan Argentina Hərbi Donanmasına məxsus sualtı qayıqda oksigenin tükəndiyi güman edilir.

Metbuat.az-ın məlumatına görə, gəmidəki oksigen heyət üzvlərinin yaşamasına yalnız 1 həftə kifayət edə bilərdi. Bununla belə, onların sağ qalmasına ümidlər tükənməyib.

Bu arada, axtarış işlərinə Rusiyadan olan xüsusi briqada da qatılıb. Buna qədər əməliyyatlarda 40-dan çox helikopter, 30-a qədər gəmi, həmçinin, Amerika Birləşmiş Ştatları və Böyük Britaniyaya məxsus kəşfiyyat təyyarələri iştirak edirdi.

Qeyd edək ki, göyərtəsində 44 əsgərin olduğu sualtı qayıq sonuncu dəfə Pataqoniya sahillərində olarkən radarlarda görünüb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR