Tıxacların azalması üçün təklif: Elektrik qatarları bərpa olunsun - VİDEO

Tıxacların azalması üçün təklif: Elektrik qatarları bərpa olunsun - VİDEO
21:12 23 Noyabr 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Əvvəllər Bakının mərkəzindən ətraf kənd və qəsəbələrə qatarlar işləyirdi. Sonradan həmin qatarlar ləğv olundu. İndi insanlar ya avtomobil, yada avtobuslarla mərkəzə gəlirlər. Bu da istər-istəməz paytaxtda nəqliyyat sıxlığı yaradır. Bu sıxlığı aradan qaldırmaq üçün elektrik qatarlarının bərpası təklif edilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bir zamanlar şəhərin mərkəzində Bakı ətrafı kənd və qəsəbələrə hərəkət edən, lakin sonradan ləğv olunan elektrik qatarları ilə bağlı yeni təkliflər var. Millət vəkili Çingiz Qənizadə elektrik qatarlarının yenidən bərpa edilməsinin mümkünlüyünü dilə gətirib.
Millət vəkilinin sözlərinə görə, elektrik qatarlarının yenidən bərpa edilməsi paytaxtda nəqliyyat sıxlığının azaldılması üçün önəmli addımlardan biri olardı.
İnsanların elektrik qatarları ilə gediş-gəlişini təmin etmək üçün onların müasir tələblərə cavab verməsi lazımdır. Əks halda vətəndaşların qatardan istifadə etməsi sual altında qalacaq. Çingiz Qənizadə deyir ki, təhlükəsizlik və iqtisadi cəhətdən səmərəli olduğundan bu nəqliyyat növünün şəbəkəsi genişləndirməli, bu sahəyə subsidiyalar ayrılmalıdır.
Millət vəkili təklifini artıq parlamentdə səsləndirib.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/602085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR