Uşaqlarınız bu cür oturursa, diqqət edin

Uşaqlarınız bu cür oturursa, diqqət edin
21:12 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Uşaqların inkişafını yaxından təqib edən valideynlər onların hər bir hərəkətini müşahidə altına alır və səhv gördüyü məqamları düzəltməyə çalışır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu məqamlardan biri də uşaqların oturuş tərzindən irəli gəlir. Çünki səhv oturuş mövqeləri gələcəkdə uşaqların bel, kürək və fəqərə sütunlarında arzuolunmaz narahatlıqlara yol aça bilər. Uşaqları W şəklində oturan (kəpənək oturuşu) bir çox valideyn, W oturuş tərzini və bu oturuş mövqeyinin sağlam olmadığını qəbul edir. Ancaq valideynlər niyə W oturuş vəziyyətini düzəltməyin lazım olduğunu dəqiq olaraq bilmirlər. Bəs, W oturuş tərzi nədir?, W oturuş tərzinin uşaq inkişafı üzərindəki mənfi təsirləri nələrdir? və W oturuş tərzini necə düzəldə bilərik?

W oturuş tərzi nədir?

W oturuş tərzi uşağın budunun üstündə dizlərini və ayaqlarını bədəninin kənarına doğru bükərək yerə basmasıdır. Bu vəziyyətdə oturan uşağa üstdən baxsanız ayaqlarının W şəklində olduğunu görəcəksiniz. Bəzi uşaqların ayaqları budlarına dəysə də, bəzilərinin arasında məsafə olur.

Bir çox uşaq avtomatik W oturuş vəziyyətində özlərini rahat hiss edir və düşünmədən bu tərzdə yerə oturur. Bu mövqeyə üstünlük verən bəzi uşaqlar bud və ya bədənlərindəki bir zəifliyi bu oturuş ilə tarazlaşdırmağa çalışırlar.

W oturuş tərzinin zərərləri

Bu oturuş tərzi ilə bağlı mənfi təsirlər uşağınızın uzun müddət eyni vəziyyətdə qalmasından irəli gəlir. Valideyn olaraq uşağınızı W oturuş tərzində gördükdə müdaxilə etməyinizi tələb edən mənfi təsirlər isə bunlardır:

W oturuş vəziyyətini uşağın omba, ayaq əzələlərinin qısa və gərgin olmasına səbəb olur, bu vəziyyət uşağın koordinasiya, tarazlığı və kobud motor bacarıqlarına mənfi təsir göstərir. W oturuş vəziyyətini uşağın budunun sürüşməsinə səbəb ola bilər.

W oturuş mövqeyində oturan uşaq üst bədənində rotasiya edə bilmir. Bu vəziyyət uşağın hər iki əlini istifadə etdiyi tədbirlərdə, bir əli ilə əks tərəfdən bir oyuncaq almalıolduğu vəziyyətlərdə çətinlik çəkir. Yuxarı yaşlarda uşağın əl bacarıqları, masa ətrafı tədbirlərində çətinlik çəkməsinə səbəb ola bilər.

W oturuş vəziyyətini, uşağın dominant əlini seçməsində gecikməyə səbəb olur. Uşaq sağında olan obyektlər üçün sadəcə sağ əlini, yanındakılar üçün isə yalnız sol əlini istifadə edə bilər. Bu vəziyyət gələcəkdə fiziki koordinasiya problemlərinə səbəb ola bilər.

W oturuş vəziyyəti uşağın cismi ağrılığını bir tərəfdən digərinə çatdırmaqda çətinlik yaradır və bu vəziyyət birbaşa tarazlıqda qalma, qaçma, hətta tullanma ilə yaxından əlaqədədir. W oturuş vəziyyəti uşağın güclü gövdə əzələlərinin inkişafına mane olur.

Əgər uşağınızın uzun müddət W oturuş vəziyyətinə üstünlük verdiyini görsəniz, "Elə oturma!" demək əvəzinə aşağıdakı oturuş tərzlərini alternativ kimi tətbiq edin. Bardaş qurmaq, ayaqları düz uzadaraq oturma, yan oturma, kiçik bir stulda oturma və s.

Bu oturma tərzləri uşağının eyni anda hər iki istiqamətdə də hər iki əlini istifadə etməsinə imkan verir. Bunun sayəsində bədən ağırlığını dəyişə, kürək və qarın əzələlərini inkişaf etdirə bilər. Uşağınız W oturuş vəziyyətini dəyişdirmək məsələsində əvvəlcə əziyyətli ola bilər, ancaq sabit və sakit şəkildə bu düzəlişi etdikdə uşağınız öyrəşəcəkdir.

W oturuş tərzinin qarşısını almaq üçün nələr edilməlidir?

W oturuş tərzinin zərərini qəti olaraq qəbul etmiş mütəxəssislər hesab edir ki, görülə biləcək ən yaxşı iş, uşağı bu vəziyyətdə oturanda mövqeyini dərhal dəyişdirməyə kömək etməyinizdir. Vərdişlərini dəyişmək bir qədər vaxt alsa da, düzgün mövqeyə gətirmək edilən ən doğru işdir.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/601361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR