Bank sektorunda inkişaf meylləri müşahidə edilir - VİDEO

Bank sektorunda inkişaf meylləri müşahidə edilir - VİDEO
21:12 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

''Bank sektorunda kapitalın bərpa edilməsi, kadr potensialı istiqamətində gedən proseslər 2018-2020-ci illər ərzində bu sektoru inkişaf etdirməyə imkan verəcək". Bunu Bakıda keçirilən II Bankçılıq Formunda Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib. Tədbirdə məzənnə sabitliyinin gələn ildə də nəzarətdə saxlanılacağı qeyd olunub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanda bank sektorunda müsbət inkişaf meyləri özünü göstərir. Artıq bankların kapitallaşması böyük həcmdə tamamlanıb, kadr potensialı güclənib. Bütün bu proseslər isə bank sektronu növbəti 4 il ərzində inkişaf etdirməyə imkan verəcək. Bu fikirləri bakıda keçirilən "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası" adlı II Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib. Onun sözlərinə görə, qanunvericlikdəki dəyişikliklər bu prosəsə böyük dəstək verir.
Tədbirdə çıxış edən Mərkəzi Bankın idarə heyətinin sədr müavini Alim Quliyev isə bildirib ki, makroiqtiasi sabitlik ölkədə iqtisadi canlanmaya səbəb olub. Onun sözlərinə görə, məzənnənin sabitliyi 2018-ci ildə də nəzarətdə saxlanılacaq.
Tədbirdə vurğulanıb ki, ümumi nəticələrə əsasən növbəti il ərzində ölkənin bank sektorunda artım baş verəcək.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/602084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR