Bakıda evləri qarət edən şəxs tutuldu - VİDEO

Bakıda evləri qarət edən şəxs tutuldu - VİDEO
21:12 23 Noyabr 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda evləri qarət edən şəxs saxlanılıb. Həmin şəxs Sabunçu rayonu ərazisində bir neçə mənzildən oğurluq edərək vətəndaşlara ziyan vurub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakı qəsəbələrində və Abşeron rayonunda mənzilləri qarət edən şəxs saxlanılıb.
Sabunçu rayonu Ramana qəsəbəsi, Südçülük sovxozunda paytaxt sakini Ürfan Vəliyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib. Bu barədə zərərçəkən Sabunçu Polis İdarəsinə məlumat verib. Şikayətçi özü və ailə üzvlərinin evdə olmadığı zaman naməlum şəxs tərəfindən onun mənzilindən məişət və digər qiymətli əşyaların oğurlandığını bildirib.
Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Goranboy rayon sakini Ramil Tanrıverdiyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Ramil Tanrıverdiyev oğurladığı əşyaları əvvəlcə kirayə yaşadığı evə gətirib. Daha sonra isə həmin əşyaların bir qismini Sabunçu bazarına apararaq orada satıb. Saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun Sabunçu və Abşeron rayonu ərazisində daha bir neçə mənzildən oğurluq etdiyi də məlum olub.
Qeyd edilən faktlarla bağlı Sabunçu rayon polisi idarəsində cinayət işi başlanılıb.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/602081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR