Müasir oftalmologiyanın problemleri müzakirə edilib

Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə “Müasir Oftalmoloqların problemləri və son naliyyətləri” adlı konfrans keçiriləcək.

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, noyabrın 24-də keçiriləcək konfransın məqsədi gənc kadrların peşəkarlığının artırılmasına dəstək verməkdir: "Oftalmologiyada konyunktivit, uveit, katarakta, qlaukoma, blefarit, çəpgözlük, zəifgörmənin bütün növləri, keratit xəstələri ilə bağlı yüksək səviyyədə irəlləyişlərin əldə olunması ilə yanaşı problemlər olan sahələr də mövcuddur. Konfransda lənkəranlı oftalmoloqların qarşılaşdıqları çətinliklərdən danışılacaq, xəstəliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılacaq. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi regionlarda oftalmologiyanın problemlərini öyrənməklə qarşıya çıxan çətinkilərin aradan qaldırlımasına nail olmaq niyyətindədir. Mərkəz gənc kadrların fəaliyyətinə xüsusi önəm verir. Odur ki, gənc oftalmoloqlar tərəfindən səslənəcək problem və təkliflərə xüsusi diqqət ediləcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR