İbrətli gülüş

İbrətli gülüş
21:22 23 Noyabr 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Yusifin (ə) qardaşları onu quyuya atmaq istəyən zaman Yusif (ə) gülür. Qardaşları bu cür şəraitdə necə gülə bildiyinə təəccüb etdilər. Ondan bu gülüşün səbəbini soruşdular.

Yusif (ə) dedi: "Unutmuram ki, bir gün siz qardaşlarımın güclü biləklərinə nəzər salmışdım və sevinmişdim. Öz-özümə demişdim ki, hər kimin belə güclü yavəri olar, çətin hadisələrdən niyə qorxmalıdır ki?
 
O günü sizə söykəndim və güclü bilərəklərinizə ürək bağladım. İndi isə sizin əlinizdə qərar tutmuşam. Allah sizi mənə hakim etmişdir ki, Ondan qeyrisinə, hətta qardaşlarıma belə söykənməməyi öyrənəm". (Həvzəh)
 
Allah Təala Öz lütf nəzərlərini cəmi məzlumlara salsın, inşəallah.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/601365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR