Azərbaycan sərhədi yaxınlığında atışma, ölənlər var

Azərbaycan sərhədi yaxınlığında atışma, ölənlər var
21:44 23 Noyabr 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub, 2 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə rayon administrasiyasının rəhbəri Fərid Əhmədiv bildirib.

 

Ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir.  

 

Məlumata görə, insident nəticəsində daha 3 nəfər yaralanaraq  Dərbənd şəhər xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta ağırdır. 

 

Atəş açanlardan biri saxlanılıb, iki nəfəri isə hadisə yerindən qaçıb.

 

Münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/288645

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR