"VAZ" beton dirəyə çırpıldı, 2 yaralı

"VAZ" beton dirəyə çırpıldı, 2 yaralı
21:54 23 Noyabr 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Sabirabad rayonunun Cavad kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Cavad kənd sakini, 34 yaşlı Elgül Elşad oğlu Cəbrayılovun idarə etdiyi  “VAZ 2107” markalı avtomobil dəmir-beton dirəyə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin 1989-cu il təvəllüdlü Qədirov Davud müxtəlif dərəcəli bədən xəsarətləri  ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/288646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR