Tələbələr “Bakcell” şirkətinin “Smart Start” təcrübə proqramı ilə tanış olublar

Tələbələr “Bakcell” şirkətinin “Smart Start” təcrübə proqramı ilə tanış olublar
18:43 7 Aprel 2015
457 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin əməkdaşları Azərbaycan Universitetinin tələbələri ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə şirkətin fəaliyyəti, tətbiq edilən yeniliklər və əldə olunan uğurlar, korporativ sosial məsuliyyət proqramları, “Ulduzum” sadiqliq proqramı, işə qəbul prosesi, vakansiyalara müraciət, “Bakcell” vakansiyalarının yayım kanalları, tələbələr üçün nəzərdə tutulmuş “Smart Start” təcrübə proqramı və gənclər üçün geniş imkanlar yaradan digər fəaliyyətlər haqqında məlumat verilib.
Qeyd edilib ki, “Smart Start” təcrübə proqramı işə düzəlməkdə çətinlik çəkən 18-25 yaşlı gənclər üçün nəzərdə tutulur. “Bakcell ilə peşəkarlığa doğru” devizi altında həyata keçirilən və karyeraya uğurlu başlanğıc vəd edən proqram akademik həyatdan karyeraya doğru addımlamaq imkanlarını asanlaşdırır. Proqramın məqsədi tələbə və məzunların işə hazırlıq bacarıqlarını inkişaf etdirmək, onları iş mühiti ilə tanış etmək və praktik təcrübəyə yiyələndirməkdir.
Namizədlərin seçilmə və yerləşdirilmələri müraciət formalarının qəbulu, test və qrup müsahibələri, fərdi müsahibələri, daxili qaydalarla tanışlıq, daxili təlimlərdə iştirak, şirkətin iş fəaliyyətini əhatə edən müxtəlif sahələrdə işləmək kimi mərhələlərdən ibarətdir. Azərbaycanın ən böyük şirkətlərindən birində təcrübə keçmək, biznes etikası, karyera inkişafı təlimlərində iştirak kimi imkanlar qazanan təcrübəçilərə gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün müvafiq məbləğdə təqaüd də verilir. Proqramın sonunda iştirakçılar qiymətləndirilir və onlara layihədə iştiraklarını təsdiqləyən sənəd təqdim olunur.
Tələbələrin nəzərinə çatdırılıb ki, “Smart Start-2015” proqramına müraciətlərin qəbulu aprel – may aylarında, müsahibələr isə may-iyun aylarında aparılacaq. Seçilmiş namizədlər iyunda karyera təlimlərində iştirak edəcək, iyul-sentyabr aylarında isə şöbələrdə təcrübə keçəcəklər. Təcrübəçilərin bilik və bacarıqlarından asılı olaraq “Bakcell”də işlə təmin olunmaq imkanları da var.
Tədbir iştirakçılarına Azərbaycan dilində mobil tətbiqlərin yaradılmasını dəstəkləyən "Applab” layihəsi haqqında da ətraflı məlumat verilib və tələbələrin bu istiqamətdəki ideyalarının dəstəklənəcəyi diqqətə çatdırılıb.
Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Telebeler_Bakcell_sirketinin_Smart_Start_tecrube_proqrami_ile_tanis_olublar-844381

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR