Gözlənilən açıqlama gəldi - Nur şəhid ailələrindən üzr istədi

Gözlənilən açıqlama gəldi - Nur şəhid ailələrindən üzr istədi
22:32 23 Noyabr 2017
124 Maraqlı
Ölkə mətbuatı
A- A+

Canlı yayımda şəhidləri ələ salan modelyer Nur Yerlitaşla bağlı xəbərlər iki gündür Türkiyə mətbuatının gündəmini zəbt edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Nə edim, şəhid olublar. Şəhidlər-məhidlər, uf, daha bəsdir" sözlərindən sonra ilk öncə sosial şəbəkə izləyiciləri, daha sonra məşhurlar tərəfindən tənqidə məruz qalan Nur yenidən açıqlama verərək üzr istəyib.

Ötən gündən haqqında çıxan xəbərlərdən sonra evə qapanan, bütün günü ağlayan və iynə-dərmanla sakitləşdiyini deyən modelyer sosial mediada bunları yazıb:

"Mən şəhid sözünü eşidəndə dediyim sözləri "Artıq bu ölkənin şəhid verməyə gücü qalmayıb" mənasında söyləmişəm. Lakin fikirlərin yanlış yerə yozulub və çirkin kampaniyanın qurbanı olmuşam. Həssaslıqla yanaşdığım bir mövzuda səhv başa düşüldüyüm üçün çox pisəm. Buna görə bütün şəhid və qazi ailələrindən, polis və əsgərlərdən üzür istəyirəm".

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/602100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR