Masallıda ikimərtəbəli evdə yanğın olub

18:12 9 Yanvar 2015
155 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 18:07 ]


Masallı. Ağəddin Babayev - APA. Masallıda fərdi yaşayış evində yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 9-da günorta saatlarında rayonun Ərkivan qəsəbə sakini, 1975-ci il təvəllüdlü Tarverdi Şahhüseyn oğlu Kərimova məxsus fərdi evdə qeydə alınıb.

 

Hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi ilə birlikdə 3 yanğınsöndürən maşını cəlb olunub. Onların operativ müdaxiləsi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısını vaxtında almaq mümkün olub. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 520 kv. m olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində bir otaq içindəki əşyalarla ilə birlikdə 16 kv. m sahədə, həmçinin dəhlizin tavanı 14 kv. m sahədə yanaraq yararsız vəziyyətə düşüb.


Yanğının səbəbləri həyata keçirilmiş ekspertizanın rəyindən sonra bəlli olacaq. Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR