Türkiyənin Köç Universitetində azərbaycanlı doktorantlar təhsil haqqından azad olunacaqlar

Türkiyənin Köç Universitetində azərbaycanlı doktorantlar təhsil haqqından azad olunacaqlar
19:48 7 Aprel 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 7-də təhsil naziri Mikayıl Cabbarov “ADA” Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Türkiyənin Koç Universitetinin rektoru Umran İnan Savaş ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Koç Universitetinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri, birgə tədris proqramlarının və araşdırma layihələrinin, həmçinin müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi imkanları müzakirə olunub.
Koç Universitetinin rektoru Umran İnan Savaş bildirib ki, rəhbərlik etdiyi ali məktəb elmi araşdırma layihələrinə və doktorantura pilləsində təhsilin inkişafına böyük əhəmiyyət verir. Rektor universitetin xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ali məktəblərinə xüsusi önəm verdiyini nəzərə çatdırıb. Koç Universitetində doktorantura təhsili almaq istəyən azərbaycanlı tələbələrin təhsil haqqından azad olunacaqları diqqətə çatdırılıb.
M.Cabbarov universitetin azərbaycanlı doktorantları təhsil haqqından azad etməsini təqdirəlayiq hal kimi qiymətləndirib və bu addımın ölkəmizin ali təhsil müəssisələrində elmin inkişaf etdirilməsi hədəflərinə uyğun olduğunu bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyenin_Koch_Universitetinde_azerbaycanli_doktorantlar_tehsil_haqqindan_azad_olunacaqlar-844386

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR