Paytaxtın Nərimanov rayonunda “Şahin” hərbi-idman oyunu keçirilib

Paytaxtın Nərimanov rayonunda “Şahin” hərbi-idman oyunu keçirilib
18:53 7 Aprel 2015
313 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Nərimanov Rayon Gənclər və İdman İdarəsi (GİN) tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunların “N” nömrəli hərbi hissəsində “Şahin” hərbi-idman oyununun rayon birinciliyinin final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.
Yarışda rayonun 21 məktəb komandası tərkibində 294 məktəbli (onlardan 84-ü qızlardır) iştirak edib. Yarışın nəticəsinə görə, birinci yerə 291 nömrəli “Araz” Ekologiya Liseyinin komandası, ikinci yerə 258 nömrəli məktəbin komandası, üçüncü yerə isə 212 nömrəli məktəbin komandası layiq görülüb.
Yarışın qalib komandası məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Paytaxtin_Nerimanov_rayonunda_Sahin_herbi_idman_oyunu_kechirilib-844388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR