Mövsüm trendi - FOTO

Mövsüm trendi - FOTO
07:37 24 Noyabr 2017
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

Vodolazkaların yumşaq, isti və yun olması bu payız sviter seçimində əsas meyarlardır. Rahat və şıq görüntü yaratmaq üçün onları istər uzun və qısa yubkarlarla, istər klassik, istərsə də cins şalvarlarla geyinə bilərsiniz.

Milli.Az xəbər verir ki, bu il sviterlərin istənilən rəngləri aktualdır, hətta açıq bahar tonları da diqqətdən kənar qalmayıb. Ağ, qara, qırmızı və qəhvəyi istənilən qarderoba uyğun gələn ən universal variantlarıdır.
Bu gün kifayət qədər həcmli sviterlər dəbdədir, ona görə də ehtiyatlı olun: Bir-iki ölçü böyük vodolazkaların boyu bir neçə santimetr balaca göstərmək riski var. Odur ki, qısa görünməmək üçün köynəyi şalvarın və yubkanın içinə salın, yaxud belinizi kəmərin köməyi ilə vurğulayın.
Qalın yun vodolazkaların ilk görüntüsünü itirməmək üçün xüsusi qulluq göstərmək lazım gələcək, təmizləmə və yuma zamanı ehtiyatlı davranın. Əllə və ilıq suda yuyun, əks halda formasını itirə və genələ bilər. Əslində onu da demək lazımdır ki, əgər üstünə ləkə salmamısınızsa və siqaret çəkmirsinizsə, yun geyimləri ildə maksimum bir-iki dəfə yumağa ehtiyac var. Sviter və vodolozkaları necə gəldi atmayın, səliqəli qatlayın. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/602045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR