48 yaşlı Cennifer Lopes cavan qalmaq üçün bunu etdi - FOTO

48 yaşlı Cennifer Lopes cavan qalmaq üçün bunu etdi - FOTO
07:52 24 Noyabr 2017
133 Maraqlı
Ölkə mətbuatı
A- A+

Cennifer Lopes cavan qalmaq üçün spritli içki, qəhvə və siqaretdən tamamilə imtina etməyə qərar verib.

Milli.Az xəbər verir ki, yayda 48 yaşı tamam olan Cennifer Lopes ideal bədən quruluşu, gözəl dərisi ilə pərəftişkarlarını heyrətləndirməyə davam edir. Özünə baxan artsit bədən ölçülərini qorumaq üçün idmana xeyli enerji sərf edir və əlbəttə ki, rasionuna nəzarət edir. Lopes qızardılmış yeməklər yemir, tərəvəz və balığa üstünlük verən ulduz şiriniyyatlardan da imtina edib.

Cey Lonun sözlərinə görə, qənnadı məhsulları yeməsə də, hərdən peçenyə və dondurma yeməyi özünə icazə verir. Onun rasionunun əsas hissəsini zülallar təşkil edir, buna görə də, o, özünü uzun müddət tox edir. Pop diva cavan qalmaq üçün içki, siqaret və qəhvəyə tamamilə yox deyib. Cennifer fikrincə, məhz alkoqol və kofein dərinin yaşlanması prosesini sürətləndirir.

Maraqlıdır ki, bir neçə il əvvəl müsahibələrinin birində Cey Lo bildirmişdi ki, o, veqan prinsiplərini qoruyub saxlayır, istənilən heyvan mənşəli qidalardan imtina edib. Onun menyusunda balığa yer verilməsi onu göstərir ki, dünya ulduzu artıq veqan qidalanma qaydalarına əməl etmir. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/602046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR