Bakı kafelərinin birində kütləvi dava zamanı bir nəfər bıçaqlanıb

Bakı kafelərinin birində kütləvi dava zamanı bir nəfər bıçaqlanıb
08:37 24 Noyabr 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda düşən kütləvi dava nəticəsində bir neçə nəfər xəsarət alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, Səməd Vurğun küçəsində yerləşən kafelərin birində mübahisə zamanı 1976-ci il təvəllüdlü Alıyev Fərid Teymur oğlu bıçaqlanıb.

Yaralını 1972-ci il təvəllüdlü tanışı Fətəliyev İlqar Qərib oğlu xəstəxanaya yerləşdirib. Lakin o da hadisə yerinə qayıdan zaman döyülüb. Bu zaman ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları araşdırma aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/602126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR