Bir çörəyin içində 70 həşərat olacaq – Bu gündən SATIŞDA

Bir çörəyin içində 70 həşərat olacaq – Bu gündən SATIŞDA
09:03 24 Noyabr 2017
110 Digər
Ölkə mətbuatı
A- A+

Finlandiyada noyabrın 24-dən çörəyin istehsalında qurudulmuş həşəratlardan istifadə ediləcək.

Publika.az xəbər verir ki, bu haqda yerli “Helsingin Sanomat” nəşri bildirib.

Bu, çörəyin istehsalında məhsul kimi həşəratlardan istifadə olunmasına müvafiq nazirliyin icazə veməsindən sonra mümkün olub. Bu məmulatın istehsalı ilə “Fazer” şirkəti məşğul olacaq.

Qeyd edilir ki, bir çörəyin bişirilməsi üçün orta hesabla 70 qurudulmuş həşərat tələb olunur. Onlar çörəyin ümumi çəkisinin təxminən 3 faizini təşkil edəcək.

Belə çörəyin qiyməti təxminən 4 avro təşkil edəcək.

Nəşr yazır ki, belə məhsulu artıq gələcəyin yeməyi adlandırırlar. Bu onunla bağlıdır ki, həşəratlar özündə daha çox zülal saxlayırlar, bu halda onların böyüdülməsi və emalı mal və ya donuz ətinin istehsalı ilə müqayisədə qlobal istiləşməyə daha az təsiri göstərir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/221900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR