Tuba Büyüküstünün eks əri gecə sevgilisiylə bu halda görüntüləndi - FOTO

Tuba Büyüküstünün eks əri gecə sevgilisiylə bu halda görüntüləndi - FOTO
09:38 24 Noyabr 2017
118 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur aktrisa Tuba Büyüküstünün keçmiş həyat yoldaşı Onur Saylak yeni sevgilisiylə görüntülənib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir ki, Onur Saylakla sevgili olduğu deyilən Gözdə Yılmaz dünən onun serial çəkilişlərinin baş tutduğu məkana gedib. Çəkilişlərdən sonra cütlük restorana üz tutub.

Restoranın önündə kameraları görən kimi məşhurlar dərhal məkana daxil olub. Lakin Onur Saylak geri dönərək jurnalistlərin suallarını cavablandırıb. O, "Xeyirli olsun" deyən jurnalistlərə təşəkkürlərini bildirib, həmçinin sevgili olduqları xəbərlərini təsdiq edib.

Məlumat üçün bildirək ki, "Vətənim sənsən" serialında rol alan aktyorun Tuba ilə nikahından iki qızı var.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/221906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR