Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Mərakeş Krallığı Milli Kitabxanasının direktoru, professor Driss Khrouz ilə görüş keçiriləcək.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunacaq. Tədbirdə Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami də iştirak edəcək.