“Bir damlada həyat ver!” aksiyasında yüzlərlə gənc iştirak edib

20:08 7 Aprel 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi “6 Aprel - Ümumdünya Fiziki Aktivlik Günü” münasibətilə Mərkəzi Qan Bankının Gəncə Bölməsi ilə birgə “Bir damlada həyat ver!” qanvermə aksiyası təşkil edib.
AZƏRTAC xəbər verir ki, gənclərin iştirak etdiyi aksiyaya Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq da qatılıb.
Ofisin rəhbəri Aygün Həsənzadə aksiyanın keçirilməsinin əhəmiyyəti barədə çıxış edib, Gəncə şəhərində qan xəstəliklərindən əziyyət çəkən şəxslərin qan ehtiyatının təmin edilməsinə dəstək verdiklərini bildirib.
Qeyd olunub ki, mərkəz belə aksiyaları bundan sonra da davam etdirəcək və gəncləri hər zaman sağlamlıq təşəbbüslərində fəal olmağa səsləyəcək.
Digər çıxış edən qonaqlar da aksiyanın əhəmiyyətini vurğulayıb, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işlərinin aparılmasını, bu sahədə əməkdaşlıq imkanlarının artırılmasını yüksək qiymətləndiriblər.
Aksiyada yüzlərlə gənc qan verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bir_damlada_heyat_ver_aksiyasinda_yuzlerle_genc_istirak_edib-844396

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR