Rusiya yeni antiraketini sınadı - VİDEO

Rusiya yeni antiraketini sınadı - VİDEO
10:27 24 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Rusiyanın Hava-Kosmik Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələri Qazaxıstandakı Sarı Şaqan poliqonunda ən yeni antiraketi sınayıb.

Milli.Az Zvezda-ya istinadən bildirir ki, HHMQ-nin komandan müavini polkovnik Andrey Prixodkonun dediyinə görə, antiraketin sınağı uğurla başa çatıb: "Antiraket uçuş tapşırığını yerinə yetirib və şərti hədəfi vurub".

Antiraket buraxılış yerinə xüsusi konteynerdə aparılıb və orada şaxtada quraşdırılıb.

Yeni antiraket kompleksinin xələfindən əsas fərqi tam avtomatik olmasıdır. Əgər hazırda ballistik raketdən ibarət hədəfi texnika müəyyənləşdirib buraxılış komandasını insan verirdisə, indi identifikasiya və buraxılış prosesləri avtomatikdir.

Ekspretlərin fikrincə, yeni antiraket A-135 "Amur" sistemi və ya A-235 "Nudol" antikosmik raketidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Кадры запуска новейшей российской противоракеты

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/602160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR