Tərcümə Mərkəzinin Elmi-Bədii Şurası fəaliyyətə başlayıb

Tərcümə Mərkəzinin Elmi-Bədii Şurası fəaliyyətə başlayıb
18:17 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 18:14 ]


Bakı. Cavid Zeynallı - APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurası ilk iclasını keçirib.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, şura ölkədə tərcümə işinin vəziyyətini, dil və tərcümə sahəsində yaşanan problemlərin araşdırılması və aradan qaldırılması məsələlərini, tərcüməsi və nəşri 2015-ci ildə nəzərdə tutulan kitabların tematik planını müzakirə edib.

 

İclası Şuranın sədri Afaq Məsud açaraq, yeni yaradılmış qurumun üç ayda gördüyü işlər, dil, təhsil, ölkədə tərcümənin vəziyyəti, tərcüməçilik işinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilməsi vacib olan məsələlər barədə danışıb.

 

Şuranın üzvləri - Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, professor Vilayət Hacıyev, xalq artisti Ramiz Mirzəyev, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Əlioğlu, Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, şair Ramiz Rövşən və Mərkəzin Aparat rəhbəri Yaşar Əliyev gündəlikdə duran məsələlərə toxunaraq, ölkədə tərcümə işinin təşkili və təkmilləşdirilməsinə dair təkliflərini irəli sürüblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR