Play Store

"Şərq tərəfdaşlığı" sammiti keçiriləcək - Avropa İttifaqı

Bu gün Brüsseldə 5-ci Avropa İttifaqı "Şərq tərəfdaşlığı" sammiti keçiriləcək.

Metbuat.az-ın məlumatın görə, sammit "2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında keçiriləcək. Sammitin sonunda isə yekun bəyannamənin qəbul olunması gözlənilir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak edəcək. Dövlət başçısı ötən gün Brüsselə işgüzar səfər edib.

Xatırladaq ki, Avropa İttifaqı "Şərq tərəfdaşlığı”nın sonuncu sammiti 2015-ci ildə Riqada keçirilib. 2009-cu ildən yaradılan “Şərq Tərəfdaşlığı”nın əsas məqsədi Avropa İttifaqı ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, GürcüstanUkrayna arasında əlaqələri dərinləşdirməkdir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR