Hava limanında 640 min dollarla yaxalandılar - Boqotada

Kolumbiyanın paytaxtı Boqotada yerləşən beynəlxalq hava limanında şübhəlilər saxlanılıb.

Metbuat.az xəbər verir ki, polis Əl-Dorado hava limanında saxladığı 2 qadın şübhəlinin üstündən 440 min dollar (803 min AZN) tapıb.

Meksika vətəndaşı bir şəxsin çantasından isə təxminən 200 min dollar (365 min AZN) çıxıb.

Polis hər 3 şəxsi nəzarətə alıb. Faktla bağlı araşdırma aparılır.

Aysel Yaqubqızı / Metbuat.az

ŞOK: 11 yaşlı qız sinif yoldaşından hamilə qaldı - VİDEO

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR