Play Store

Avropa İttifaqı Ermənistanı "Qara siyahı"sına daxil edə bilər

Avropa İttifaqı Ermənistanı şirkət və fərdi şəxslərin milli vergitutmadan yayınaraq maliyyə fəaliyyəti göstərən ofşor ölkələrin siyahısına daxil edə bilər.

Metbuat.az-ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyində xəbər verilib. Məlumata görə, beynəlxalq qurum ayrılan pulların mənimsənilməsi səbəbindən hər il 1 milyard avro itirir. Bunun əsas hissəsi Ermənistanın üzərinə düşür. Ötən il Avropa İttifaqı bu ölkəyə maliyyə yardımını dayandıracağı ilə bağlı xəbərdarlıq da edib.

2018-ci ildə də Ermənistanın büdcə kəsiri və dövlət borcu artacaq. Bu haqda Parlamentin büdcə müzakirələri zamanı Mərkəzi Bankının hesabatında məlumat verilib. Bildirilir ki, ölkənin xarici borcu artıq gəlirləri 60 faiz üstələyir. Gələn il büdcə kəsiri 156,9 milyard dram təşkil edəcək ki, bu da 2017-ci il dövlət büdcəsinin göstəricisi ilə müqayisədə 3,8 faiz çoxdur. Bundan başqa, 2018-ci ilin yekunu üzrə Ermənistanın dövlət borcu 7 milyard dollara yaxınlaşacaq. Bu isə defoltu sürətləndirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR