Play Store

Mənzil almaq istəyənlərə VACİB XƏBƏR - Gələn ildən...

Bu ilin oktyabrında Bakıda daşınmaz əmlak bazarında qiymətlər manat ekvivalentində 0,46 faiz artıb.

Ekspertlər qiymətlərin ilin sonunadək daha 3-5% bahalaşacağını bildirirlər.

İqtisadçı Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, mənzil və torpaq qiymətlərinin artımında müxtəlif səbəblər var:

“Birincisi, insanların banklara inamının azalması nəticəsində iri depozitlər çıxarılır. Çıxarılan depozitlərin bir qismini vətəndaşlar daşınmaz əmlaka yönəldir. Nəticədə, qiymətlərdə müəyyən miqdarda artım müşahidə olunur. Bunun istiqamətini müəyyənləşdirmək üçün monitorinq aparılmalıdır. Gələn ilin ortalarına qədər bu istiqamət davam edərsə, bazarda yaranan yeni situasiya qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər. Yox, depozitlə bağlı məsələdə artım olarsa, qiymətlərdə yenidən azalmalar müşahidə edilə bilər”.

İqtisadçı daşınmaz əmlak bazarındakı qiymətlərin hələ də yüksək olduğunu qeyd edib:

“Gələn il tikinti işləri sürətlənəcək. Yeni tikintilərin, binaların tikilməsi nəzərdə tutulur. Bu səbəblə, əmlak bazarında bolluq yarana bilər. Çünki son məlumatlara görə, sosial evlərin tikintisi də artacaq. Tikintilərin artması bazarda bolluq yaradarsa, bu, qiymətlərin azamasına yol aça bilər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Azərbaycanda çörək ucuzlaşdı - Yeni aksiya – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR