Azərbaycan avtomobil sahibləri üçün ən uğursuz gün

Azərbaycan avtomobil sahibləri üçün ən uğursuz gün
18:18 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Azad Həsənli/

2014-cü ildə Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə polisə malik avtomobil sahiblərinin iştirakı ilə yol qəzaları cümə günləri daha çox baş verib.

Trend-in məlumatına görə, bunu İcbari Sığorta Bürosunun (İSB) apardığı araşdırma da sübut edir. Belə ki, AVSMMİS üzrə 2014-cü ildə qeydə alınmış sığorta hadisələrinin 15,2 faizi cümə günlərinə təsadüf edib.

AVSMMİS üzrə 2014-cü ildə qeydə alınmış sığorta hadisələrinin həftənin günləri üzrə bölgüsü:

Həftənin günləri

Sığorta hadisələrinin

ümumi sayında çəkisi

Bazar ertəsi

14.53%

Çərşənbə axşamı

15.04%

Çərşənbə

14.83%

Cümə axşamı

14.52%

Cümə

15.20%

Şənbə

13.53%

Bazar

12.35%

Bundan başqa, İSB-nin məlumatında deyilir ki, ötən il ərzində AVSMMİS üzrə 931 464 müqavilə imzalanıb.

2014-də bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələrinin həftənin günləri üzrə bölgüsü:

Həftənin günləri

Bağlanmış sığorta

müqavilələrinin sayı (ədədlə)

Bazar ertəsi

155,882

Çərşənbə axşamı

153,585

Çərşənbə

154,777

Cümə axşamı

150,768

Cümə

144,787

Şənbə

98,963

Bazar

72,702

Cəmi

931,464

2014-cü ilin yanvar-dekabr aylarında Azərbaycanın sığorta şirkətlərinin AVSMMİS üzrə sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 70,69 milyon manat olub. Bu dövr ərzində ödənişlərin həcmi 26,8 milyon manat olub ki, bu da 2013-cü ilin eyni dövrünə nisbətən 5,9 faiz çoxdur.

Ötən il daha çox (7,84 milyon manat) sığorta haqqı iyulda, nisbətən az (3,7 milyon manat) isə fevralda qeydə alınıb. Bu dövrdə ən çox ödəniş oktyabrda (3,8 milyon manat), nisbətən az isə noyabrda (1,2 milyon manat) həyata keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2351505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR