Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 7 Aprel

20:29 7 Aprel 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ
 
Köhnə Dünyada iqtisadi və siyasi böhran dərinləşdikcə Avropa İttifaqında mərkəzdənqaçma meylləri güclənir. Defolt ərəfəsində olan Yunanıstana gözlənilən dəstəyi verməyən ittifaq Avropa tarixinin ən böyük siyasi layihəsinin taleyini sual altına qoymuş olur. Birliyin iqtisadi cəhətdən ən pis durumda olan üzvü qurumun liderinə meydan oxuyursa, demək məsələ çox ciddidir. Avropa İttifaqı faktiki olaraq Almaniya-Yunanıstan qarşıdurmasına səhnə olub. Əvvəlcə Almaniyanı miqrant selində boğacağı ilə hədələyən yunanlar indi daha effektiv üsula əl atmağa hazırlaşır. İsraildən sonra ilk dəfə olaraq bir dövlət Almaniyaya qarşı maddi təzminat tələbi irəli sürür. Təzminat tələbi bəyanatdan o tərəfə gedəcəkmi, Yunanıstan fikrində israrlı olsa, hüquqi proseduralar necə işləyəcək? Bunlar gələcəyin sualıdır, fakt odur ki, Avropa Birliyində bir boğuşma başlayıb. Bunun səbəbi təkcə iqtisadi faktorlar deyil, Yunanıstanı narazı salan məqam Avropanın lider ölkələrinin ikinci dərəcəli ölkələrə qarşı ikili standart siyasəti yürütməsidir. İkili standart Avropanın bütün iqtisadi və siyasi layihələrinin bünövrəsinə qoyulan saat mexanizmi dayandırılmış bombadır. Yunanıstan bu bombanı işə salmağa hazırlaşır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR