Qırğızıstanın yeni prezidentinin andiçmə mərasimi keçirildi

Qırğızıstanın yeni seçilmiş prezidenti Sooronbay Jeenbekovun andiçmə mərasimi keçirilib.

Metbuat.az-ın məlumatına görə, Bişkekdəki “Ala-Arça” dövlət iqamətgahında keçirilən andiçmə mərasimində yeni Prezident əlini Konstitusiyanın üzərinə qoyaraq and içib. Bununla da o, dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

Andiçmə mərasiminə ümumilikdə 450 nəfər qatılıb. Bunlara Qırğızıstan Respublikasının qəhrəmanları, millət vəkilləri, hökumət üzvləri, ziyalılar və alimlər daxildir.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şaydabekova yeni prezidenti təbrik edərək ona prezident vəsiqəsini, döş nişanını və ştandartı təqdim edib.

Qeyd edək ki, Sooronbay Jeenbekov oktyabrda keçirilən prezident seçkilərində qalib olub. Qırğızıstanda prezident 6 il müddətinə bir dəfə seçilir. Prezident, eyni zamanda silahlı qüvvələrin Ali Baş Komandanıdır.

Günay Elşadqızı / METBUAT.AZ

Avropa İttifaqı Ermənistanı "Qara siyahı"sına daxil edə bilər

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR