Balıqçıların qayığı qəzaya düşüb - FOTO

Yapon dənizinin şimalında balıq ovlayan Şimali Koreyalı balıqçılar fırtınaya düşüb.

Metbuat.az xəbər verir ki, qəza nəticəsində balıqçıların olduğu qayıq Yaponiyanın şimalındakı Akita vilayətinə bağlı olan Yurihonjo qəsəbəsində sahilə vurub.

Yaponiya sahil xilasetmə briqadası 8 balıqçının həyatını xilas edib. Onların vəziyyətinin yaxşı olduğu deyilir.

Yaponiya Şimali Koreyalı balıqçılar haqqında qanunsuz ovçuluq şübhəsi ilə istintaq başladacağını açıqlayıb.

Aysel Yaqubqızı / Metbuat.az

Hava limanında 640 min dollarla yaxalandılar - Boqotada

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR