Strateji Yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası müzakirə olundu

İqtisadiyyat Nazirliyində Strateji Yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası müzakirə olunub.

Metbuat.az-ın məlumatına görə, Strateji Yol xəritələrində nəzərdə tutulan və nazirlik üzrə iqtisadi və sosial sahələrin inkişafı, ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı, mənzil-kommunal siyasəti, sənaye və hüquq şöbələrinin, eləcə də Tarif (qiymət) Şurasının və Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının icraçı olduğu tədbirlərin icrası ilə bağlı iqtisadiyyat nazirinin müvafiq əmri ilə müəyyən olunmuş əlaqələndirici struktur bölmələrin iştirakı ilə iclaslar keçirilib.

İclaslarda Strateji Yol xəritələrinin tədbirlər planlarında İqtisadiyyat Nazirliyi üzrə qeyd olunan struktur bölmələrin icraçı olduğu tədbirlərin icra vəziyyəti müzakirə edilib, tapşırıqların icra vəziyyəti və gedişatı barədə hesabat məruzələri dinlənilib. Eyni zamanda, Strateji Yol xəritələrinin tədbirlər planlarında İqtisadiyyat Nazirliyinin əsas icraçı olduğu tədbirlərin 2017-ci ilin birinci yarımilliyi üzrə icra vəziyyətinin qiymətləndirilməsinə dair İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ümumiləşdirilmiş hesabatlarında verilmiş tövsiyələr nəzərə alınmaqla görülməsi tələb olunan işlər və gözlənilən nəticələr barədə müzakirələr aparılıb.

İclaslarda, həmçinin Azərbaycan Respublikasında logistika və ticarətin, kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz), uyğun qiymətə mənzil təminatının, ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol xəritələrinin tədbirlər planlarında aidiyyəti tapşırıqların icrası ilə əlaqədar mövcud ola biləcək məsələlər və onların həlli yolları müzakirə edilib. Bu Strateji Yol xəritələri üzrə koordinasiya prosesinin təşkili üçün İqtisadiyyat Nazirliyi və aidiyyəti əlaqələndirici qurumlar tərəfindən yaradılmış işçi qruplarının ilk iclaslarında bu məsələlərin iştirakçılara çatdırılması qərara alınıb.

Avropa İttifaqı Ermənistanı "Qara siyahı"sına daxil edə bilər

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR