Tanınmış jurnalistin qızıllarını oğurladılar

Tanınmış jurnalistin qızıllarını oğurladılar
20:42 7 Aprel 2015
125 Digər
Ölkə mətbuatı
A- A+




Bakının Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi 59 saylı binada yaşayan, tanınmış jurnalist Laçın Məmmədovanın (Laçın Səmla) evi qarət edilib. Oğrular evdən jurnalistə məxsus qədim zinət və başqa qiymətli əşyaları götürüblər. Bu barədə istiqlal.az-a jurnalistin özü məlumat verib.

Onun sözlərinə görə, hadisə o Bakıda olmadığı müddətdə olub: "Martın 29-da axşam evə dönərkən əşyalarımın yerə dağıldığını gördüm. Oğrular pəncərədən içəri daxil olaraq nənəmdən mənə miras qalan qızılları və başqa əşyaları götürüblər. Hadisə barədə dərhal 27-ci polis bölməsinə məlumat verdim. Hazırda faktla bağlı Yasamal Polis İdarəsində araşdırma aparılır. İş müstəntiq Elvin Yusifovun icraatındadır. Hələlik oğrular tapılmayıb”.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/333324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR